Bakıda noutbuk qiymətləri niyə müxtəlifdir?
Bildiyimiz kimi, Bakıda kompüter və noutbuk satışı ilə bir çox dükanlar məşğul olur. Lakin müştərilən bəzən məhz noutbuk almaq istəyərkən çətinlik çəkirlər. Hərdən isə hatta arada qiymət fərqləri bəzən insanları şoka salır. Burada müəyyən nüanslar var. Əsasən 80% dükan eyni malı təxmini uyğun qiymətə satırsa lakin 2-3 dükan və ya elan saytlarında arada kəskin fərq olarsa bu zaman şübhələnməyə dəyər. Ümumiyyətlə isə ucuza qaçmaq heç də, qənaət etmək deyil. Ümumiyyətlə hər bir noutbukun zavod buraxılış qiyməti var. Daha sonra isə distribütorun marja xeyri olur və sonra dükanlar satış həyata keçirir. Ola bilməz ki, hər hansı bir elan saytında yaxud dükanda real qiymətlərdən ucuz qoyulsun. Burada sadəcə bir nüans var. Son zamanların dəb halınızı dələduzluqdur.
Bəzi şəxslər böyük şəbəkə dükanlara yaxınlaşaraq dəyəri 3000 və ya baha noutbukları kreditə alırlar. Kreditə aldıqları noutbukları isə dəyərindən ucuz olaraq satırlar. Yəni qeyri-rəsmi işləyən dükanlar və elan saytları vasitəsilə bazar dəyəri 3000 manat olan noutbuku 2000 manatdan təklif edirlər. Əlbətdə bu şirnikləndirici bir təklifdir. Çox adam bəzən aldanır. Lakin gələcəkdə onu nə gözləyəcəyini bilmir. İlk növbədə ucuz almış şəxs bir cinayətin iştirakçısıdır. Çünki 3000 manata alınan malı 2000 manata satan şəxs normal düşüncəli adam olmaz. Zatən o şəxs heç o pulu ödəmir. Bu zaman isə qayda-qanunla o sorğu sual edilir. Sorğu zamanı isə artıq onun kimə satmasına qədər dəqiqləşir. Çünki bilərək dövlətin qanunlarını pozur. Onu alan şəxs və ya dükanlarda bu cinayətin birbaşa iştirakçısıdır. Belə hallar çox olub və həbs edilənlər də, az deyil. İkinci məsələ isə zəmanətdir. Bu tip alış satış edilən malların zəmanəti olmur. Sabah rəsmi servisə müraciət edəndə sizə cavab bir mənalı olacaq. Haradan almısan ora müraciət et. Çünki hər malın öz spesifik seriya nömrəsi var. Kreditə satılan sonra nəğdləşmə üçün dəyər dəyməzə verilən noutbukların pulu ödənmədikdə onların seriya nömrələri həm servislərə həm hüquq mühafizə orqanlarına verilir. İstənilən anda siz böyük problemlərlə üzləşə bilərsiz. İkinci məsələ isə zəmanətin olmamasıdır. Yəni noutbukunuz xarab olarsa o zaman heç nə, dəyişdirilmir və ya təmir edilmir. Məhz bu səbəbdən Bakıda noutbuk almaq üçün rəsmi dükanlara müraciət edin. Daha ucuz variantlar təhlükəli ola bilər.