Salam hörmətli müştərilərimiz dükanımızın zəmanət şərtləri ilə buradan tanış ola bilərsiz.
Zəmanət Şərtləri – Raptor.az
Raptor.az onlayn mağazasından aldığınız məhsullar istehsalçı və ya idxalçı tərəfindən təqdim edilən rəsmi zəmanət ilə təmin olunur. Hər bir məhsulun zəmanət müddəti məhsulun növünə və brendinə görə 6 ay – 36 ay arasında dəyişə bilər.
2. Zəmanət Hansi Hallarda Etibarlıdır
Zəmanət aşağıdakı hallarda etibarlıdır:
-
Məhsul istehsalçı tərəfindən buraxılmış texniki qüsurla işləmirsə;
-
İstifadə qaydalarına uyğun şəkildə işlədilibsə;
-
Qablaşdırma, zəmanət vərəqi və alış sənədi (faktura/çek) təqdim edilirsə;
-
Müdaxilə və ya qeyri-rəsmi təmir olunmayıbsa.
3. Zəmanət Aşağıdakı Hallarda Etibarsız Sayılır
Zəmanət aşağıdakı hallarda qüvvədə deyil:
-
Məhsul fiziki zədə alıbsa (qırılma, suya düşmə, yanıq və s.);
-
Elektrik gərginliyinin dəyişməsi nəticəsində zədələnmə baş veribsə;
-
İstifadəçi və ya üçüncü şəxs tərəfindən məhsula müdaxilə olunubsa;
-
Təbii fəlakətlər (sel, ildırım, zəlzələ və s.) nəticəsində zədələnmə baş veribsə;
-
Məhsulun üzərindəki seriya nömrəsi silinibsə və ya dəyişdirilibsə.
4. Zəmanət Proseduru
- Müştəri zəmanət ərizəsi ilə birlikdə məhsulu servisə təqdim edir.
- Texniki ekspertiza nəticəsində nasazlıq zəmanət şərtlərinə uyğun olarsa:
- Pulsuz təmir olunur; 14-45 gün
- Yaxud məhsul dəyişdirilir. 14-45 gün
- Texniki nasazlıq istifadəçi günahı ilə baş veribsə – təmir ödənişli qaydada təklif olunur.
5. Servis və Təmir
Zəmanət çərçivəsində servis və təmir işləri:
-
Raptor.az-ın partnyor servis mərkəzlərində;
-
Yaxud rəsmi brendin servisində həyata keçirilir.
6. Əlaqə
Əlavə suallar və zəmanət müraciətləri üçün bizimlə əlaqə saxlayın:
Əlaqə nömrəsi: +99450 310 44 43
E-mail: support@raptor.az
Ünvan : Bakı şəhəri, Bülbül pr 79c