İntel yoxsa AMD Ryzen? Hansı daha güclüdür?
İntel yoxsa AMD prosessorları?
Son zamanların ən çox mübahisəli və uzun uzadı bitməyən şərhlər. Bəzən müştərilər bu sualları bizə verirlər. Bizim bu sahədə uzun müddətli təcrübəmizə əsaslana bilərək deyə bilərik ki, bu sadəcə bir marketinq savaşıdır. Öncədən İntel hər formada AMD prosessorları üstələyirdisə, son illər AMD şirkəti Ryzen adı altında müxtəlif prosessorlara baza çıxardı. Hazırda demək olar ki, istifadəçi qismində bu prosessorların istifadəsi daha genişdir. Lakin, server və digər daha ciddi qurğularda İntel yenə də, irəlidə hesab edilir.
Siz nə məsləhət görürsüz? İntel alım yoxsa Ryzen
Bura yanaşma müxtəlifdir. Əsasən istehsal tarixinə görə dəyişir. Məsələn bu gün İntel bir prosessor istehsal edirsə təbii ki, AMD Ryzen dən üstün olacaqdır. Lakin ondan sonra AMD Ryzen istehsal edirsə o İntelin prosessorundan daha üstün performans verəcəkdir. Yəni bunlar bu formada bir biri ilə yarışır və yarış davam edir. Keyfiyyət və performansa gəlincə isə demək olar ki, analoji modellər bir-birinə çox yaxındır. Məsələn Core i9 ilə Ryzen 9 arasında iş rejimində ciddi fərq yoxdur. Bu həm də, Ryzen 5 və İntel i5 modellərində də, elədir. Bir ara şaiə buraxdılar ki, Ryzen prosessorlar qızır və s. Bunlar hamısı boş və mənasız şayələrdir. Normal soyutma sistemi ilə heç bir Ryzen prosessor isinmir. Bu barədə İntel haqqında da, müxtəlif xarici forumlarda yazılar dərc edilirdi ki, i9 seriyası pisdir, tez sıradan çıxır və s. Biz isə əksini sübut edirik ki, heç bir i9 prosessorda kütləvi qüsur aşkar edilməyib. Satdığımız 100 prosessordan demək olar ki, 100 ədədi də, ideal olaraq çalışır. Burada sırf media da, bir birini nüfuzdan salma savaşı gedir. Büdcəyə uyğun isə İntel prosessorla yığılan kompüterlərdir. Bunun səbəbi isə İntel prosessoru dəstəkləyən ana kartlaın daha ucuz olmasıdır. Lakin siz istər İntel istərsə də, AMD Ryzen alarkən çox baş yormayın. Zatən performans həmən-həmən eynidir. Sadəcə cibinizə uyğun addım atın.