Kompüter almaq istəyirəm. Lakin bilmirəm nə alım.
Ən çox verilən suallardan biri məhz budur. Mən Bakıda ucuz kompüter almaq istəyirəm lakin bilmirəm hansını alım. Bunun üçün ilk öncə siz özünüzdə təyin etməlisiz ki, necə kompüter almaq istəyirsiz. Hansı sahədə istifadə edəcəksiz. Əgər sırf ofis işləri, yazı-pozu və internetdə istifadə ediləcəksə, o zaman standart kompüterlər sizə artıqlaması ilə bəsdir. Məsələn Core i3 və ya Core i5 prosessorla, 8 GB RAM, 500 GB SSD olan kompüterlər bu işin öhdəsindən tam artıqlaması ilə gələ bilər. Yox əgər siz kompüterdə həm bu işləri görəcəksiz, həm oyunlar oynayacaqsız həm də, video edit və ya montaj işləri görəcəksizsə o zaman daha yüksək performans verən kompüter almalısız. Bu zaman prosessor ən azı İntel Core i5 yaxud Ryzen 5 dən başlamalısız. Son nəsil prosessorlara üstünlük verin. RAM isə ən azı 16 GB olmalıdır. Burada əsas məsələ qrafik kartda olacaqdır. Qrafik kartlar 300 manatdan 8000 manata qədər dəyişən qiymət aralığındadır. Ortalama ən çox satılan videokart isə büdcə dostu olan RTX5060 seriyasıdır. Bu ekran kartları hər oyunda yüksək performans verir və öz qiymətini doğruldur. Bu tip ekran kartı ilə full dəst kompüterin ortalama qiyməti 2000 AZN civarında olur. Bu kompüterlə siz hər sahədə yüksək performansla çalışa bilərsiz. Siz kompüter seçimi qarşısında qaldığınız zaman, bizim dükanla əlaqə saxlayın. Menecerlərimiz sizin istəyə uyğun olaraq ən münasib qiymətə sizə kompüter təklif edəcək.