Noutbuklar, Bakıda noutbuk almaq
Bildiyimiz kimi, Bakıda noutbuk almaq üçün bir çox dükan və yerlər mövcuddur. Bəzən isə bir sayta daxil olursan, baxırsan gaming notebook modelləri ilə aşıb daşır, lakin gedirsən almağa tapa bilmirsən. Bəzən isə sərbəst elan saytlarında real qiymətindən aşağı noutbuklar satılır. Bunların bir neçə səbəbi var.
Bakıda noutbuk seçərkən nəyə diqqət edilməli?
İlk öncə bildirim ki, aldığınız noutbuku rəsmi satış edən dükan və ya saytlardan ala bilərsiz. Noutbuk alarkən onun zəmanət şərtləri ilə tanış olun. Bakıda noutbuk alan zaman rəsmi sənədlər və kassa çeki, tələb edin. Əgər bu sənədlər sizə verilmirsə o zaman bu noutbuk qeyri qanuni yolla idxal olunan yaxud isə qara yollarla leqallaşdırılıb satışa çıxarılanlardır. Adətən Bakıda 3-4 dükan belə formada işlərlə məşğul olur. Amerika və Dubaydan alınan noutbukları isə rəsmi saytında yoxlamaq lazımdır. Bəzən referbushed yaxud recondited yazısı olan noutbukların stikerlərini qoparıb satışa çıxarırlar. Bu noutbuklara istehsalçı 90 gün zəmanət verir.
Referbushed notebook nə deməkdir: Bu noutbuklar zavoddan yeni adı ilə çıxıb firmalara satışa verilən modellər olur. Həmin satış anı modelin zavod defekti bilinirsə o noutbuk yenidən geri istehsalçıya qaytarılır. İstehsalçı isə onun qüsurunu təmir edir və 90 gün müddətinə zəmanətlə dəyərindən 50% ucuz satışa çıxarır. Bəzi işbazlar belə modelləri alıb onun altında olan factory recondited və ya factory referbushed sözü olan stikeri çıxarıb yeni adı altında satışa çıxarırlar. Belə modelləri almaqdan yayının çünki qeyri stabil çalışırlar.
Bakıda noutbuk almaq: Bizim dükanımız isə sizə genş çeşiddə yeni modelləri tam rəsmi zəmanətlə satışını təklif edir. Dükanımızda satılan bütün mallar tam yenidir. Hər bir müştəriyə rəsmi zəmanət talonu və satış qəbzi təqdim edilir. Bizdən alınan noutbukları istehsalçının rəsmi saytından yoxlaya bilərsiz.
Bakıda kreditlə noutbuk almaq: Bunun üçün bizimlə əlaqə saxlamanız kifayətdir. Onlune olaraq sadəcə SİMA proqramı vasitəsilə sizin şəxsi anketinizə baxılır və uyğun olarsa kredit ayrılır.