Kreditə kompüter almaq. Yaxud niyə mənə kredit verilmədi?

Kredite komputer almaq. Yaxud niye mene kredit verilmedi?

Bizə tez tez verilən suallardan biri odur ki, siz reklam edirsiz kreditə kompüter satırsız, lakin mən gəldim, mənə vermədiz.

Bu sualın bir neçə açıqlaması var. İlk öncə bildirək ki, hər şəxsə kredit ayrılmır. Kredit ayrılarkən onun Mərkəzi Bankdan kredit tarixçəsinə baxılır. İndiyə qədər aldığı kreditlər və ödədiyi məbləğlərin keçikməsi olub yaxud olmayıb o yoxlanlır. Daha sonra isə ödəniş qabiliyyəti necədir o yoxlanılır. Məsələn bir şəxs 700 manat maaş alırsa və əlavə olaraq kredit öhdəliyi varsa, o zaman bu şəxsin ikinci krediti ödəmək imkanı məhdud olur. Belə şəxslərə kredit ayrılması 50\50 nisbətinədir. Bəzən müştəri deyir ki, mən hər zaman ödəmişəm, gecikmə bir iki gün ola bilər. Ayda bir-iki gün gecikmə ildə 30 günə yaxın edir və bu şəxslər riskli kredit ödəyiciləri arasında qeyd edilir. Bu şəxslərin kredit alma faizi 10% bərabərdir. Bəzi müştərilər isə Azpulmanat, emanato kimi şirkətlərdən az məbləğlərdə borc alırlar və onu da, gecikdirib ödəyibsə o zaman bu şəxslərə kredit ayrılmır. Səbəb isə sadədir. 20 manatı ödəməyən adam daha böyük məbləği ödəyə bilməz. Nizamlı ödəyicilərin isə heç bir problemi olmur cəmi 15 dəqiqə ərzində kredit rəsmiləşdirilir və istədikləri texnikanı çox rahat əldə edə bilərlər.