Ryzen 9950X vs Ultra 9 285K hansı daha güclüdür?

Ryzen 9950X  vs Ultra 9 285K hansi daha gucludur?

Son zamanlar sosial media və digər platformalarda Ryzen 9 9950X  və Ultra 9 285K arasında fərq mübahisə mövzusudur. Biz isə bu barədə onun bunun dediyi kimi yazmadıq yox şəxsən özümüz yoxladıq və öz fikrimizi yazırıq.  Demək olar ki, əksər forumlar və sosial mediada, Ryzen 9950X  daha üstün performans verməsi barədə fikirlər səslənir. Lakim biz əminik ki, bunu yazanların 99% heç bu testləri özləri etməyiblər. Sadəcə dildən-dilə dolaşaraq yayılıb. Reallıq isə əslində tam başqadır. Biz isə daima öz müştərilərimizə aralarındakı fərqləri başa salmağa çalışırıq. Lakin nədənsə onlar real insana yox internetdə hansısa Cona, İvana inanmağı daha üstün tuturlar. Bəzən çox reklam edilən hansısa malın daha üstün olması illüziyası yaradılır. Biz isə eyni gücdə eyni detallarnan sadəcə bircə prosessor və ana kart fərqli olan 2 kompüter hazırladıq və real test etdik. Ən əsası isə odur ki, google və bir sıra

Aİ botlar məhz Ryzen 9 9950X  modelinin Ultra 9 285K dan 30% daha üstün olduğunu bildirilər. Əlbətdə ki, burada əsas məqam odur ki, bu süni intellekt botları bu məlumatı sosial mediadan toplayır və onların bunun həqiqiliyini yoxlamaq imkanı yoxdur. Bizim testlərimizdə isə demək olar ki, Ultra 9 285K hər oyunda Ryzen 9 9950X  modelini üstələdi. Çox güclü fərq olmasa da, ondan üstün idi. Deyilən o 30% mifik bir fərq olmadı. Burada əsas nüans isə qiymətdir. Ryzen 9 9950X  prosessor modeli Ultra 9 285K modelindən daha bahadır və daha aşağı performans göstərir. 

Yekun olaraq bildiririk ki, Ultra 9 285K model prosessoru, öz rəqibi olan Ryzen 9 9950X  modelindən daha üstündür və qiyməti daha ucuzdur. Buyurub testlərin fotoları ilə tanış ola bilərsiz.

Forza Horizon oyunu, hər iki kompüter eyni parameterdəri. Ekran kartları RTX4090. Gördüyünüz kimi, az da, olsa Ultra 9 285K daha üstün performans verir.